Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“İnteraktiv texnologiyalar və müasir təhsil - 2014” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçiriləcək


Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş "İnteraktiv texnologiyalar və müasir təhsil - 2014" mövzusunda beynəlxalq elmi-praktik konfrans keçiriləcək.
 
Tədbirin təşkilatçıları Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu və "DYMO/Mimio" (ABŞ) şirkətinin Azərbaycandakı rəsmi nümayəndəliyi - "Smart Technologies" şirkətidir. Tədbir  7 may 2014-cü il tarixdə "Hyatt Regency" otelinin "Quba" zalında keçiriləcək.
 
 
Həqiqət İSABALAYEVA




02/05/14    Çap et