Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Azevrotel” telefon çəkilişi xidmətinin tarifini 60%-dən çox azaldıb


“Azevrotel” dövlət şirkəti telefon çəkilişi üzrə xidmətlərinin tariflərini 66% azaldıb.
 
Şirkətdən “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, yeni tariflə telefon çəkilişi 30 manat təşkil edəcək.
 
Şirkət, eyni zamanda, sürətli internet, İPTV xidmətlərinə yeni tariflə qoşulmağa dəvət edir.

Telefon çəkilişi və internet xidmətinə qoşulma eyni vaxtda sənədləşdirildikdə internet xidmətinə qoşulma pulsuzdur.



Aynur Vəliyeva




02/05/14    Çap et