Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Microsoft” mayın 20-də “Surface” planşetinin kiçik versiyasını nümayiş etdirəcək


“Microsoft” korporasiyası mayın 20-də keçirəcəyi tədbirdə, ehtimal ki, “Windows” sistemi ilə işləyən “Surface” planşetinin kiçik versiyasını nümayiş etdirəcək. Mayın 20-də mətbuat üçün bağlı tədbir keçiriləcək. Şayiələrə görə, “Microsoft” şirkəti “Surface mini” üzərində işləyir.

“ICTnews" elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, “Microsoft”un mövcud planşetlərində ekranın ölçüsü (10,6 düym) böyükdür, halbuki 7-8 düymlük qurğular populyardır: “iPad mini”, “Google Nexus 7”, “Amazon Kindle Fire” və sairə. Korporasiya kiçik variant təklif etməklə yalnız populyar qurğular seqmentinə daxil olmayacaq, həmçinin “Surface” planşetinin qiymətini azaldacaq.
 
Emil Hüseynov




06/05/14    Çap et