Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“LG” şirkəti “ağıllı” məişət texnikasının satışlarına başlayacaq


"LG" şirkəti Koreya bazarında "ağıllı" məişət texnikasının satışlarına başlayacaq. Yaxın vaxtlarda fotokameralı soyuducu, "Wi-Fi" modullu təchiz edilmiş mikrodalğalı soba və "ağıllı" paltaryuyan maşın əlçatan olacaq. Bu haqda şirkətin saytında məlumat dərc edilib.
 
"ICTnews" elektron xəbər xidməti "lookatme.ru" saytına istinadən bildirir ki, məişət texnikası "LG Home Chat" ekosisteminə daxildir. Şirkətdən bildirilib ki, istifadəçi alış-veriş siyahısını tərtib etmək üçün "Line" messenceri vasitəsilə soyuducudan onun daxilinin fotosunu tələb edə biləcək.
 
"LG Home Chat" ekosisteminin bütün qurğuları insan dilini başa düşür.
 
"LG" şirkəti ilk dəfə 2014-cü ilin yanvarında Beynəlxalq istehlak elektronikası sərgisində "Home Chat" sistemini nümayiş etdirib.
 
Emil Hüseynov




07/05/14    Çap et