Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Nokia” şirkəti ucuz “Lumia 630” smartfonunu nümayiş etdirib


“Microsoft”un mobil bölməsindən bildirilib ki, Hindistan bazarı üçün “Windows Phone” ilə işləyən ucuz smartfon buraxacaq. Şirkət yeni aparat vasitəsilə Hindistanda təsirini genişləndirməyə ümid edir. Yeni aparat “Nokia Lumia 630” adlanır.
 
 “ICTnews" elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, yeni “Nokia Lumia 630” aparatının qiyməti 200 dollardan ucuz olacaq və iki SİM kart dəstəkləyəcək. Həmçinin 4,5 düymlük ekran və “Windows Phone 8.1” platformasının son versiyası quraşdırılacaq. 
 
Emil Hüseynov




13/05/14    Çap et