Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Mərkəzi Bank kart buraxılışı avadanlıqları üzrə kotirovka sorğusu elan edib


Azərbaycan Mərkəzi Bankı yeni avadanlıqların alınması üzrə kotirovka sorğusu elan edib. 
 
Bankdan “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, kotirovka sorğusu kart buraxılış sistemləri avadanlıqlarının alınmasını və quraşdırılmasını nəzərdə tutur. Sorğuda iştirak haqqı 30 manat təşkil edir. Kotirovka sorğusu ilə bağlı təkliflər zərfi mayın 21-i saat 18:00-dək qəbul olunacaq. Təkliflər paketi mayın 22-də saat 10:00-da Mərkəzi Bankda açılacaq.
 
Kotirovka sorğusu ilə bağlı əlavə məlumat almaq üçün 493 11 22 (daxili 276) telefon nömrəsinə müraciət etmək olar.
 
Aynur Vəliyeva




14/05/14    Çap et