Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google Play” onlayn mağazasında “PayPal” ilə ödəniş etmək mümkün olacaq


“Google Play” internet mağazasında “PayPal” ödəmə sistemini dəstəkləyib. Yeni ödəniş üsulu 12 ölkədə (Avstriya, Belçika, Kanada, Finlandiya, Fransa, Almaniya, İrlandiya, İtaliya, Hollandiya, İspaniya, ABŞ və Böyük Britaniya) fəaliyyətə başlayıb.

“ICTnews" elektron xəbər xidməti “hitech.vesti.ru” saytına istinadən bildirir ki, ödəniş etmək üçün, “Google Wallet” açılan siyahısından “Ödəniş üsulunu seçin” düyməsinə sıxmaq, “PayPal”ı seçmək və hesab məlumatlarını daxil etmək lazımdır. Elektron pul cüzdanından tətbiq və başqa rəqəmli məzmunun (musiqi, film, jurnal) satın alınmasında istifadə etmək olar. Onun köməyilə mobil qurğu və başqa real məhsulları satın almaq olmaz.

Şirkətdən bildirilib ki, “Google Play” onlayn mağazasında proqram və oyunların satış həcmi bir ildə 300% artıb. İnternet axtarış sistemi “PayPal” ödəmə sistemini dəstəkləməklə böyük auditoriyanın tələbatını təmin etməyə çalışır.

Emil Hüseynov
 




16/05/14    Çap et