Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“YouTube” “Twitch” videooyun translyasiya xidmətini satın alacaq


“Variety” jurnalı yazıb ki, internet nəhəngi “Google” şirkətinə məxsus “YouTube” videohostinqi “Twitch” videooyun translyasiya xidmətinin satın alınmasına 1 milyard dollar xərcləyəcək.
 
“ICTnews" elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, nəşrin məlumatına görə, artıq satınalma haqqında razılıq əldə olunub.
 
“Twitch” xidməti oyunların keçirilməsi zamanı birbaşa yayım keçirməyə icazə verir, auditoriyası 45 milyon insan təşkil edir. Tətbiq son nəsil oyun konsollarına (Sony Playstation 4 və Xbox One) quraşdırılıb.
 
Emil Hüseynov
 
 
 
 




19/05/14    Çap et