Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Ağıllı” qol saatı bazarının lideri “Samsung” şirkətidir


“Strategy Analytics” analitikləri hazırda yalnız ötən il 250%-lik artım göstərmiş “ağıllı” qol saatı bazarında lider şirkəti müəyyənləşdirib. Lider “Samsung” şirkətidir, belə ki, cari ilin birinci rübünün yekununa görə, bütün dünyada 500 min "ağıllı" saat tədarük edib ki, bu da sözügedən bazarın 71%-nə uyğundur.
 
 
“ICTnews" elektron xəbər xidməti “pitbit.ru” saytına istinadən bildirir ki, “Samsung”un ən yaxın izləyiciləri “Sony” və “Pebble” şirkətləridir, müvafiq dövrdə 80 min "ağıllı" saat tədarük ediblər.
 
Bu halda “Samsung” şirkəti yeni nəsil “Gear 2” və “Gear 2 Neo” "ağıllı" saatlarının satış həcmini hesablamadan rekord göstəriciyə nail olub.
 
Beləliklə, "ağıllı" qol saatı bazarında Cənubi Koreyanın İT nəhənginin payı cari ilin ikinci rübünün nəticəsinə görə arta bilər.
 
Emil Hüseynov




20/05/14    Çap et