Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“YouTube”la “Google” – ikisi bir arada


“YouTube” nümayəndələri bildiriblər ki, artıq videoçarxlara “Google+” sosial şəbəkəsində dostlarla birlikdə baxmaq olar.

“YouTube”-da bütün videoçarxların alt hissəsində "Share" düyməsi ("bölüşmək") yerləşdirilib. Ona sıxmaqla "Watch with your friends: Start a Google+ Hangout" bağlantısını görmək olar. Bu bağlantı “YouTube” alətlər panelinin aşağı sağ küncündə yerləşdirilib. Bağlantıya sıxmaqla istifadəçi çarxa birlikdə baxmaq istədiyi dostu “Hangout” çatına dəvət edir.

Analitiklər qeyd ediblər ki, yeni funksiyanın işə salınması açıq-aşkar göstərir ki, internet nəhəngi “Google+” şəbəkəsini öz əsas məhsulları ilə inteqrasiya etməyə başlayıb.




20/08/11    Çap et