Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İranda “Instagram”dan istifadə qadağan edilə bilər


İran məhkəməsi ölkə ərazisində "Facebook" sosial şəbəkəsinə məxsus "Instagram" foto paylaşım resursunu bloklamaq qərarı çıxarıb.

Xatırladaq ki, hazırda ölkə sakinləri "Facebook" və "Twitter"dən istifadə imkanına malik deyillər, bu yaxınlarda isə "WhatsApp" messencerini də bloklamaq istəyiblər.

"ICTnews" elektron xəbər xidməti "hitech.vesti.ru" saytına istinadən bildirir ki, "Instagram" resursuna giriş məhdudiyyəti haqqında qərar artıq İran Rabitə Nazirliyinə göndərilib. Məhkəməyə kollektiv şəkildə iddia vermiş vətəndaşlar sosial şəbəkəni məlumatların məxfiliyini pozmaqda ittiham ediblər.

Emil Hüseynov
 
 




24/05/14    Çap et