Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Microsoft Azerbaijan” şirkəti yeni - “Ofis hər yerdə” təşəbbüsü ilə çıxış edib


Mayın 30-da “Microsoft Azerbaijan” şirkəti “Ofis hər yerdə” təşəbbüsünü reallaşdıracaq. 

“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, aksiya çərçivəsində “Microsoft Azerbaijan”ın bütün əməkdaşları noutbuklarını özləri ilə götürüb ofisi tərk edəcək və iş gününü kafedə keçirəcəklər.

“Biz hamını bizə qoşulmağa - iş gününü ofisdən kənarda – park və ya kafedə keçirməyə dəvət edirik” – deyə şirkətin əməkdaşları çağırış edib. 

Bu aksiya Azərbaycanla yanaşı, Moldova və Qırğızıstanda də təşkil olunacaq. Bu dəfə "Ofis" kimi Fəvvarələr Meydanında yerləşən kafelərdən biri seçilib.
 
Aynur Vəliyeva




26/05/14    Çap et