Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Kanadada təyyarələrdə elektron qurğulardan istifadəyə qadağa aradan qaldırılıb


Kanada hökuməti təyyarələrin qalxması və enməsi zamanı mobil telefon, noutbuk, oyun konsolları və planşet kompüterlər kimi istənilən elektron qurğulardan istifadəyə qoyulan qadağanın ləğv edilməsi barədə qərar qəbul edib. Bu barədə ölkənin nəqliyyat naziri Liza Reytt deyib.

“Bu, sərnişinlər üçün yaxşı xəbərdir. İndi onlar təyyarəyə minməzdən əvvəl, məsələn, yarımçıq qalmış yazışmanı tamamlaya, sərnişinlərin uşaqları isə bütün uçuş boyu oyunlar oynamaqda davam edə biləcəklər”, - o qeyd edib. 

Nazirlik təmsilçisi vurğulayıb ki, bununla belə, qəbuledici və ötürücü cihazlarla təchiz edilən bütün elektronika təyyarənin qalxması və enməsi vaxtı xüsusi uçuş rejiminə keçirilməlidir. Beləliklə, hava gəmisi göyərtələrində uçuşun bu müddəti ərzində mobil internetdən istifadəyə qadağa hələ də qüvvəsində qalır.

L.Reytt onu da əlavə edib ki, qüvvədə olan qadağanın ləğvi Kanada aviasənayesi üçün faydalı olacaq, çünki bundan əvvəl ABŞ və Avropa İttifaqının tənzimləyici orqanları tərəfindən müvafiq qərarlar qəbul olunub, - “İTAR-TASS www.itar-tass.com” yazır.  
 




27/05/14    Çap et