Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Alman rəsmi saytlarına “Facebook” ilə dostluq etməyi qadağan ediblər


Şəxsi və dövlət məlumatlarının təhlükəsizliyi üçün məsuliyyət daşıyan Almaniyanın tənzimləyici orqanı “Facebook” sosial şəbəkəsi tərəfindən yerli qanunvericiliyin pozulması faktını aşkar edib.

Qurumun qərarına əsasən, Almaniyanın bütün dövlət institutları “Facebook Like” düyməsini öz saytlarından silməli və dünyanın ən böyük sosial şəbəkəsində öz rəsmi bloqlarını bağlamalıdırlar.

İdarənin bəyanatında bildirilib ki, indiki vəziyyət həm alman, həm də Avropa qanunvericiliyinə ziddir. Sözügedən qurum “Facebook” şəbəkəsinin alman və ümumavropa qanunvericiliyinin pozulmalarının texniki analizi ilə bağlı sənəd dərc edib.

“Facebook”a qarşı irəli sürülən əsas iddia ondan ibarətdir ki, sosial şəbəkə alman (və Avropa) dövlət məlumatlarını Avropa Birliyi xaricində olan serverlərdə saxlayır.

"Facebook”a daxil olan insanlar bilməlidirlər ki, onların məlumatları 2 il ərzində həm saxlanılacaq, həm də istifadə olunacaq" - deyə idarədən bildiriblər.




22/08/11    Çap et