Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

2018-ci ilədək “Twitter” istifadəçilərinin sayı 400 milyon ola bilər


“eMarketer” konsaltinq agentliyinin proqnozuna görə, 2018-ci ilədək dünyanın populyar “Twitter” mikrobloqlar servisi istifadəçilərinin sayı 400 milyona yaxınlaşacaq və onların əsas hissəsi Asiya, Cənubi Amerika və Yaxın Şərq sakinləri olacaq.

Tədqiqatda qeyd olunur ki, yaxın beş ildə əsas inkişaf etmiş bazarlarda “Twitter” istifadəçilərinin say artımı xeyli zəifləyəcək. Belə ki, 2018-ci ilədək servis üçün əsas hesab edilən regionlarda – ABŞ və Yaponiyada artım tempi müvafiq olaraq 6,4 və 6,1 faizədək aşağı düşəcək. Göstərilən dövr ərzində dünyada 386,9 milyon “Twitter” istifadəçisinin olacağı gözlənilir. Bundan əvvəl servisin auditoriyasının bir neçə ildən sonra 1 milyard nəfərə çata bilməsi ilə bağlı proqnozlar verilib.  

Bununla yanaşı, “eMarketer” mütəxəssisləri diqqəti “Twitter”in inkişaf etməkdə olan regionlarda yüksək potensialının olmasına yönəldir. Xüsusilə Asiyada auditoriyanın kəskin artımı gözlənilir. Güman edilir ki, artıq 2014-cü ildə Hindistan və İndoneziya “Twitter” istifadəçilərinin sayına görə Böyük Britaniyanı geridə qoyaraq üçüncü və dördüncü yerə yüksələcək. Proqnoza əsasən, bu iki ölkədə servisin auditoriyası cari ildə müvafiq olaraq 61,7 və 56,9 faiz artacaq, -  “DailyComm www.dailycomm.ru” yazır.






29/05/14    Çap et