Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

KTN internet resursu vasitəsilə şəffaflığı təmin edir


Kənd təsərrüfatı məhsullarının istehsalçılarının siyahıları və onlara hər hektar buğda və çəltik səpininə görə əlavə 40 manat hesabı ilə dövlət büdcəsinin vəsaiti hesabına veriləcək yardım haqqında məlumatlar Kənd Təsərrüfatı Nazirliyinin (KTN)  rəsmi saytında (www.agro.gov.az) yerləşdirilib.
 
“ICTnews” elektron xəbər xidmətinin KTN-in saytına istinadən verdiyi məlumata görə, bu, şəffaflığın tam təmin edilməsi məqsədi daşıyır.
 
Mülkiyyətçilər saytın “Subsidiyalar” bölməsində məlumatlarla tanış ola bilərlər.
 
CAHANGİR




29/05/14    Çap et