Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Facebook” və “Twitter” iyul ayında trafikə görə ABŞ-da rekord qırıb


“ComScore” şirkətinin yeni hesabatına əsasən, “Facebook” sosial şəbəkəsi və “Twitter” mikrobloqlar xidməti cari ilin iyul ayında trafikə görə ABŞ-da rekord qırıb.

Keçən ay “Facebook”un unikal ziyarətçilərinin sayı 162 milyon olub. Məlumat üçün qeyd edək ki, iyun ayında bu göstərici 160.8 milyon, may ayında isə 157,2 milyon olub. “Twitter”də isə unikal ziyarətçilərin sayı 32,8 milyon təşkil edib.

“LinkedIn” məşhur işgüzar sosial şəbəkəsində isə əksinə, unikal ziyarətçilərin sayı bir qədər aşağı düşüb. “MySpace” şəbəkəsinin trafiki davamlı olaraq düşməyə davam edir.




22/08/11    Çap et