Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Skype”da real vaxt rejimində danışığın tərcüməsi funksiyası əlçatan olacaq


"Microsoft" korporasiyası "Skype" xidməti əsasında real vaxt rejimində danışığın tərcüməsi funksiyasını hazırlayır. Bu haqda Kaliforniyada mətbuat konfransı zamanı jurnalistlərə şirkətin baş direktoru Satya Nadella deyib.
 
"ICTnews" elektron xəbər xidməti "1prime.ru" saytına istinadən bildirir ki, funksiya "Skype Translator" adlanır və 2014-cü ilin sonunda "Windows 8" əməliyyat sisteminin beta-versiyasında istifadəçilərə əlçatan olacaq.
 
"Microsoft"un baş direktoru və "Skype"ın rəhbəri Qurdip Sinqx Pall konfrans zamanı xidmətin yeni imkanlarını nümayiş etdiriblər: Nadella alman dilində danışan Pall ilə ünsiyyət saxlayıb, "Skype" isə real vaxt rejimində danışığı alman dilindən ingilis dilinə tərcümə edib. Tərcüməçi hazırda 40 dil dəstəkləyir.
 
Emil Hüseynov
 




29/05/14    Çap et