Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Tailandda “Facebook” sosial şəbəkəsi niyə bloklanıb?


"Reuters" agentliyinin yaydığı məlumata əsasən, Tailand İnformasiya-Kommunikasiya Texnologiyaları Nazirliyi mayın 28-də "Facebook" səhifəsini bloklayıb.
 
"ICTnews" elektron xəbər xidməti "gazeta.ru" saytına istinadən bildirir ki, həmçinin nazirlik yeni hərbi hökumətə qarşı etirazların qarşısını almaq üçün  başqa sosial şəbəkələrin nümayəndələri ilə danışıqlar aparmağı planlaşdırır.
 
"Biz Facebook sosial şəbəkəsini müvəqqəti bloklamışıq və sabah Twitter və Instagram nümayəndələri ilə görüşümüz olacaq" –  Tailand İnformasiya-Kommunikasiya Texnologiyaları Nazirliyinin katibi Suraçay Srizarakam deyib.
 
Emil Hüseynov
 




29/05/14    Çap et