Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google+” sosial şəbəkəsindəki məşhur şəxslərin hesabı orijinaldır


“Google+” sosial şəbəkəsi yoxlanmış hesablar (verification badges) xidmətini istifadəyə verib. Sosial şəbəkədə profilə malik olan məşhurlar və ictimai insanlar yoxlanmış hesabları əldə edə bilərlər.

Hər hansı hesabın yoxlanılmasından sonra, o, xüsusi nişanla işarələnir. Bu isə o deməkdir ki, həmin hesabın sahibinin orijinallığı xidmət nümayəndələri tərəfindən yoxlanılıb.

“Google+” nümayəndələrinin sözlərinə görə, belə nişanları yalnız məşhurlar deyil, həm də sosial şəbəkədə çoxlu dostu olan adi insanlar da əldə edə bilərlər.

Analitiklər qeyd ediblər ki, yoxlanmış hesabların işə salınması “Google” üçün öz sosial şəbəkəsinə məşhur insanları cəlb etmə strategiyası çərçivəsində daha bir addımdır.




22/08/11    Çap et