Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanda daha bir bank lisenziyalı proqram təminatından istifadə edəcək


“VTB Bank Azərbaycan” ASC “Oracle” proqram təminatı üzrə lisenziyaların satınalınması ilə bağlı təkliflər sorğusu keçirmişdir. Sorğuda Azərbaycanın 10-a yaxın aparıcı İT şirkəti iştirak etmişdir. “SİNAM” MMC şirkəti keçirilmiş sorğunun qalibi elan edilib.
 
“SİNAM” şirkəti respublikada “Oracle” həllərinin tətbiqi üzrə ən qabaqcıl sistem inteqratorlarındandır və hal-hazırda “Oracle” şirkəti ilə “Platinium Partner” partnyorluq statusuna malikdir. İndiyədək şirkət “Oracle” həllərini Azərbaycan Respublikasının Mərkəzi Bankında, Maliyyə Nazirliyində, Dövlət Sosial Müdafiə Fondunda, Dövlət Gömrük Komitəsində, Qırğızıstanın Dövlət Vergi Xidmətində və digər dövlət orqanlarında və özəl təşkilatlarda  uğurla tətbiq edib. 
 
Hazırda “SİNAM” MMC ilə “VTB Bank Azərbaycan” ASC arasında müqavilənin imzalanması üzrə danışıqlar aparılır. “VTB Azərbaycan” müqaviləyə əsasən “Oracle” verilənlər bazası və “Oracle Business Intelligence” proqram təminatları üzrə lisenziya almağı planlaşdırır.
 
 




30/05/14    Çap et