Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Zukerberq Kaliforniyada təhsil sahəsinə 120 milyon dollar vəsait yatırıb


“Facebook” sosial şəbəkəsinin yaradıcısı Mark Zukerberq və onun həyat yoldaşı Prissilla San-Fransiskonun körfəz ərazisində yerləşən məktəblərdə təhsil səviyyəsinin yüksəldilməsinə 120 milyon dollar məbləğində kömək edəcək. Bu haqda Zukerberq öz “Facebook” səhifəsində yazıb.
 
“ICTnews" elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, Zukerberq bu addımını Silikon vadisinin bir hissəsi olan regionun təhsil müəssisələrində təhsillə bağlı vəziyyəti dəyişdirməklə əlaqələndirib.
 
“Facebook”un banisi bu regionu dünyanın ən perspektivli məkanı adlandırıb. O deyib ki, məktəblilərin bilik səviyyəsi aşağı olduğuna görə  universitetlərə daxil olmaqda çətinlik hiss olunur.
 
Emil Hüseynov
 




30/05/14    Çap et