Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Elektron hökumət” portalı sosial şəbəkələr vasitəsilə təbliğ olunur


Azərbaycanın dövlət qurumlarının "Elektron hökumət" portalı üzərindən göstərdiyi elektron xidmətlərin təbliğatı "Facebook" və "Twitter"  sosial şəbəkələri vasitəsilə də aparılır.
 
"ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, portalın geniş auditoriyaya malik "Facebook" sosial şəbəkəsində (www.facebook.com/egov.az) fəaliyyəti yüksək səviyyədə qurulub. Burada istifadəçilərin sayı 143 mini ötüb.
 
Hazırda portalın "Twitter" (twitter.com/e_govaz) auditoriyası isə 305 nəfər təşkil edir. İndiyədək 1075 tvit paylaşılıb.
 
Qeyd edək ki, portalın "Facebook" və "Twitter" səhifələri ölkəmizdə "Elektron hökumət"in formalaşması istiqamətində görülən və nəzərdə tutulan işlər, layihələr haqda vətəndaşları maarifləndirmək, dövlət strukturlarının göstərdiyi elektron xidmətlərin hər bir vətəndaş üçün açıq olaraq portalda yerləşdirilməsini işıqlandırmaq, eyni zamanda ölkəmizdə informasiya cəmiyyəti quruculuğunda aparılan işləri təhlil və müzakirə etmək, istifadəçiləri keyfiyyətli elektron xidmətlərlə təmin etmək məqsədilə yaradılıb.
 
CAHANGİR
 




30/05/14    Çap et