Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Windows Phone” platformasının hansı versiyası daha populyardır?


"Microsoft" mobil əməliyyat sisteminin yeni versiyası "Windows Phone 8.1" bu əməliyyat sistemi ilə işləyən qurğuların 5.2%-də quraşdırılıb. Bu haqda şirkətin tədqiqatına istinadən "WP Central" portalı yazıb.
 
"ICTnews" elektron xəbər xidməti "gazeta.ru" saytına istinadən bildirir ki, "vindofon"ların 77%-i "Windows Phone 8.0" əməliyyat sistemi ilə işləyir. Əvvəlki versiya "Windows Phone 7" qurğuların 17,8%-də quraşdırılıb.
 
"Windows Phone" platforması ilə işləyən ən populyar qurğu "Nokia Lumia 520" smartfonudur.
 
Emil Hüseynov





31/05/14    Çap et