Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“YouTube” tarixində ilk dəfə: 2 milyard baxış


Cənubi Koreya reperi PSY-nin "Gangnam Style" mahnısına çəkilmiş videoklip "YouTube"un tarixində ilk dəfə 2 milyard baxış sayı toplayaraq rekorda imza atıb.
 
"ICTnews" elektron xəbər xidməti "lenta.ru" saytına istinadən bildirir ki, videoçarx bu göstərici üzrə "YouTube" videoportalında başqa videoları xeyli geridə qoyur. Məsələn, Kanada müğənnisi Castin Biberin "Baby" mahnısına çəkilmiş klip 1 milyarddan çox baxış sayı toplayıb.
 
Bundan başqa, "YouTube" videohostinqində təxminən 8,3 milyon istifadəçi "Gangnam Style" klipini bəyənib.
 
 
Emil Hüseynov




02/06/14    Çap et