Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yaponiyada dünyanın ultrayüksək təsvir ölçülü ilk daimi peyk televiziya yayımına başlanılıb


Yaponiyada dünyanın 4K formatında ultrayüksək təsvir ölçülü ilk daimi peyk televiziya yayımına başlanılıb.

Hələ ki yalnız böyük elektron texnika mağazalarındakı təqdimatlarda görmək mümkündür, çünki bu formatda siqnalın qəbulu üçün lazımi tünerlər hələ ki pərakəndə satışa çıxarılmayıb. İyunun sonunda mağazalarda gözlənilir.
 
“ICTnews" elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, 4K yayımı təsvirin ötürülmə dəqiqliyi üzrə indiki “full high definition” televiziya göstəricisini 4 dəfə geridə qoyur. 4K yayımının minimal təsvir ölçüsü 8 meqapikseldən çoxdur.
 
Yaponiya hökumətinin planına əsasən, 2016-cı ildən tammiqyaslı 4K televiziya kommersiya yayımına başlanılacaq.
 
Emil Hüseynov




02/06/14    Çap et