Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Bakıda “Microsoft Lync - buludda kommunikasiyalar” mövzusunda birgə seminar keçiriləcək


“Softline”, “Microsoft Azerbaijan” və “AudioCodes” şirkətləri iyunun 4-də Bakıda “Microsoft Lync - buludda kommunikasiyalar” mövzusunda birgə seminar keçirəcəklər.
 
“Sofline” şirkətindən “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, tədbir çərçivəsində şirkət daxilində kommunikasiya vasitələrinin istifadə edilməsi, səsli servislərin “Microsoft Lync” ilə inteqrasiyası, "Microsoft Lync” infrastrukturu üçün videokonfrans rabitəsi mövzusunda müzakirələr aparılacaq.
 
Seminar iştirakçılarına “Microsoft Lync 2013” birləşmiş kommunikasiyalar sistemi haqda məlumat təqdim ediləcək, bu sistem üçün nəzərdə tutulmuş  səs şlüzləri, “SBC AudioCodes”,  monitorinq və zənglərin idarəedilməsi üzrə vahid infrastruktur, “Better together” funksiyasına malik olan  “AudioCodes”  IP telefonları və s. avadanlıqlar və sistemlər haqda ətraflı məlumat təqdim ediləcək.
 
 
Aynur Vəliyeva
 




03/06/14    Çap et