Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Windows” əməliyyat sisteminin hansı versiyası daha populyardır?


"Microsoft" şirkətinin əməliyyat sisteminin son versiyası "Windows 8.1" ilk dəfə bazarda öz sələfi "Windows 8" sistemini ötüb. Bu haqda "NetMarketShare" tədqiqat şirkəti məlumat verib.
 
"ICTnews" elektron xəbər xidməti "gazeta.ru" saytına istinadən bildirir ki, əməliyyat sistemləri bazarının lideri əvvəlki kimi 50,06% bazar göstəricisinə malik "Windows 7"-dir. İkinci yerdə "Windows XP" sistemi qərarlaşıb. Kompüterlərin 25,27%-nə quraşdırılıb.
 
Bütün kompüterlərin 90,99%-i "Windows" sistemi ilə işləyir.
 
Emil Hüseynov
 
 




03/06/14    Çap et