Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycan internet xidmətləri bazarında hansı provayder liderdir?


Azərbaycan internet xidmətləri bazarında özəl şirkətlər öz mövqelərini gücləndirirlər.

“Delta Telecom” şirkətinin saytında yerləşdirilmiş ölkədə fəaliyyət göstərən internet provayderlərin interaktiv qrafikinə əsasən, genişzolaqlı internet xidmətləri bazarında birinci yeri qətiyyətlə tutan “Bakinternet”in payı 6% artaraq 26,55 % təşkil edir.
 
Hesabat dövründə, ənənəvi olaraq reytinqdə ilk beşliyə daxil olan “Bakinternet”, “Uninet”, “Aztelekom”, “Azeronline”, “DataPlus” şirkətlərinin kəskin rəqabəti ötən ay da davam edib, lakin bu onların mövqelərinə təsir göstərməyib. Çünki demək olar, bütün qeyd edilən şirkətlərin bazar payında azalma müşahidə olunub.
 
Belə ki, son bir ay ərzində “Aztelekom”un payı bir faizdən artıq azalaraq 11,55%  təşkil edib, “Uninet”in payı 1 faizdən artıq azalaraq 13,02% təşkil edib. “Azeronline”nın bazar payı azalaraq 9,19%, “Dataplus” şirkətinin bazar payı 6,3%, “Connect” şirkətinin bazar payı 5,6% təşkil edib.

Onların ardınca 3,2% bazar payı ilə –“Ultel”, 3,2% - “Castel”, 2,7% - “Adanet”, 2,9% - “Azstarnet”, 2,3% -  “Azqtel”, 2,15 - “Smart”, 1,7% -  “Avirtel”, 1,5% - “Azeurotel”, 1,4% - “Nakhchivan”, 1,02% - Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi qərarlaşıblar. Digər provayderlər bazarda çox kiçik 1%-dək paya malikdirlər.


Qeyd edək ki, ümumilikdə ölkədə hazırda 30-dan çox internet provayder fəaliyyət göstərir.

 
Aynur Vəliyeva
 




03/06/14    Çap et