Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Microsoft” 200 dollarlıq “Windows” smartfonları istehsal edəcək


"Microsoft"un qurğu istehsalçıları ilə əməkdaşlıq üzrə direktoru Nik Parker deyib ki, "Windows Phone" əməliyyat sistemi ilə işləyən smartfonlar bazara 100-399 dollar qiymətinə çıxarılacaq. O, bu haqda "Computex" sərgisində deyib.
 
"ICTnews" elektron xəbər xidməti "lenta.ru" saytına istinadən bildirir ki, o deyib ki, indiki modellərin qiyməti 400, 500 və 600 dollardan başlanır. Yeni qurğular isə 200-300 dollar qiymətinə satılacaq.
 
"Microsoft" nümayəndəsinin sözlərinə görə, 200-300 dollarlıq "WP"-qurğular artıq ilin sonunadək bazara çıxarılacaq. Parker hansı istehsalçıların sözügedən qiymət diapazonunda "Windows" smartfonlar buraxacağını dəqiqləşdirməyib.
 
"IDC" analitik şirkətinin proqnozuna görə, 2018-ci ilədək "Windows Phone" platforması qlobal smartfon bazarında 7% bazar payına nail olacaq.
 
Emil Hüseynov




06/06/14    Çap et