Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Dövlət İnformasiya Ehtiyatları və Fərdi Məlumatların İnformasiya Sistemləri ilə bağlı statistik göstəricilər açıqlanıb


İyunun 1-i tarixinə bütün qurumlar üzrə Dövlət İnformasiya Ehtiyatlarının və Fərdi Məlumatların İnformasiya Sistemlərinin Dövlət Reyestrlərinə daxil edilmiş məlumatların sayı 196-ya çatıb. Bunlardan 59-u Dövlət İnformasiya Ehtiyatları, 137-si isə Fərdi Məlumatların İnformasiya Sistemlərinin payına düşür.
 
Bu statistik göstəricilər “Elektron hökumət” bülleteninin iyun sayında əksini tapıb.
Qeyd edək ki, dövlət reyestrləri “Elektron hökumət” sisteminin tərkib hissəsi hesab olunur və bu, “Elektron hökumət portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi və elektron xidmətlərin genişləndirilməsi ilə bağlı tədbirlər barədə Azərbaycan Prezidentinin 5 fevral 2013-cü il tarixli Fərmanında da öz əksini tapıb.
 
 
Məlumat üçün bildirək ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 181-4-cü maddəsinə əsasən, fərdi məlumatlar haqqında qanunvericiliklə dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən informasiya sistemində fərdi məlumatların toplanılmasına və ya işlənilməsinə görə 300 manatdan 500 manatadək cərimə tətbiq edilir.

 
CAHANGİR




09/06/14    Çap et