Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

ABŞ-da ən populyar brauzer hansıdır?


“Adobe Digital Index”in tədqiqatına əsasən, amerikalılar üçün ən populyar brauzer “Chrome”dur. “Google” tərəfindən inkişaf etdirilən layihə ilk dəfə “Microsoft”un brauzerini geridə qoyub.

“ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, fərdi kompüter və mobil qurğularda istifadə edilən ABŞ-n brauzer bazarında 2014-cü ilin aprelində “Chrome” brauzerinin payı 31,8% təşkil edib. “Internet Explorer”də bu göstərici 30.9%-dir. 25% göstəriciyə malik “Safari” brauzeri üçüncü yerdə qərarlaşıb. “Firefox” brauzeri (8%) dördüncü olub. Bu hesabat ABŞ sakinlərinin daima daxil olduqları 10 min saytdan əldə olunan məlumatlar əsasında hazırlanıb.

Xatırladaq ki, “Safari” brauzerinin qlobal bazar payı 10% təşkil edir. ABŞ-da bu brauzerin yüksək göstəricisi onunla bağlıdır ki, "alma" məhsulu “iPhone” və “iPad” qurğularında başlanğıc ayar kimi istifadə olunur.

Emil Hüseynov




09/06/14    Çap et