Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Paypal”ın rəhbəri “Facebook”u seçdi


"eBay Inc." şirkətinə məxsus "PayPal" ödəniş sisteminin prezidenti Devid Markus şirkəti tərk edərək "Facebook"da işə başlayacaq.
 
"PayPal" direktorunun vəzifəsini müvəqqəti olaraq "eBay" şirkətinin baş direktoru Con Donahyu icra edəcək.
 
"ICTnews" elektron xəbər xidməti "itar-tass.com" saytına istinadən bildirir ki, Markus iyunun 27-dən "Facebook" korporasiyasında mesajlaşma biznesinə rəhbərlik edəcək.
 
2013-cü il üzrə maliyyə göstəricilərinə əsasən, "PayPal" vasitəsilə ödənişlərin həcmi 180 milyard təşkil edib və istifadəçilərin sayı 150 milyona çatıb.
 
"eBay" şirkəti istənilən məhsulun satışı üçün ən böyük internet-hərracdır. 2002-ci ildən "PayPal" ödəmə sisteminə malikdir.
 
Emil Hüseynov
 
 
 




10/06/14    Çap et