Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google” “Skybox” şirkətini 500 milyon dollara satın alır


Xarici mətbuatda yayılmış informasiyaya əsasən, “Google” şirkəti “Google Maps” kartoqrafiya xidməti üçün peyk şəkillərinin yeni tədarükçüsü – “Skybox Imaging” şirkətini 500 milyon dollara satın alıb.
 
Qeyd edək ki, “Skybox Imaging” şirkəti artıq 2009-cu ildən peyk şəkillərinin tədarükçüləri bazarında işləyir.
 
“ICTnews" elektron xəbər xidməti “pitbit.ru” saytına istinadən bildirir ki, ötən 5 ildə şirkətin şəkilləri geoloji kəşfiyyatla məşğul olan müxtəlif kənd təsərrüfatı şirkətləri və firmalar tərəfindən istifadə edilib.
 
Emil Hüseynov




11/06/14    Çap et