Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Kompüter oyunları üzrə 6-cı dünya çempionatının rəsmi oyun siyahısı genişləndirilib və mükafatların məbləği açıqlanıb


Bu ilin noyabr ayında Bakıda keçiriləcək Kompüter oyunları üzrə 6-cı dünya çempionatının (6th e-Sports World Championship BAKU 2014) rəsmi oyun siyahısı genişləndirilib.

“ICTnews” xəbər xidmətinin Beynəlxalq Kiberidman Federasiyasının (IeSF) rəsmi məlumatına istinadən verdiyi məlumata əsasən, çempionatın oyun siyahısına daha iki oyun əlavə edilib:
Beləliklə, hazırkı rəsmi oyun siyahısı aşağıdakı kimi görünür:
Kişilər:

a. “DOTA 2” (Komanda ilə),


b. “STARCRAFT II” (İndividual)

c. “ULTRA STREET FIGHTER IV” (İndividual)

d. “HEARTHSTONE” (İndividual)

Qadınlar
  1. ”STARCRAFT II” (İndividual)
  2. “TEKKEN TAG TOURNAMENT” 2 (İndividual)
 
Bu il çempionatda “IeSF”-in tarixində ən yüksək məbləğdə mükafatlar veriləcək — 100 min dollar. Ən böyük mükafatı DOTA komanda oyununun qalibləri alacaq - 50 min dollar. Bundan başqa, yenilənmiş qaydalar əsasən ilk birinci yerləri tutan ölkələrin komandalarına əlavə mükafatlar veriləcək.
 
Aynur Vəliyeva
 




11/06/14    Çap et