Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Sony Xperia Z2” – futbol üzrə Dünya çempionatının rəsmi smartfonudur


Son zamanlar mobil elektronika istehsalçıları müxtəlif möhtəşəm idman hadisələrinin təşkilatçıları ilə reklam məqsədi ilə razılaşmaq və öz cihazlarına bu və ya digər hadisə üçün "rəsmi" statusu qazanmağa çalışırlar. Məsələn, “Samsung Galaxy Note 3” Soçi Olimpiadasının rəsmi smartfonu olub.

“ICTnews" elektron xəbər xidməti “pitbit.ru” saytına istinadən bildirir ki, Braziliyada futbol üzrə Dünya çempionatına start verilməsi ərəfəsində “Sony” şirkəti elan edib ki, cari ilin fevralında nümayiş etdirilmiş “Xperia Z2” aparatı bu idman hadisəsinin rəsmi smartfonu olacaq.

Xatırladaq ki, “Sony Xperia Z2” smartfonu sukeçirməz korpusla təchiz edilmiş yeni nəsil qabaqcıl smartfonudur. Cihaz 5,2 düymlük Full HD ekran, 2.3 QHs takt tezlikli dördnüvəli prosessor, 3 QB əməli və 16 QB daxili yaddaş və 20,7 meqapiksellik kamera ilə təchiz edilib.

Emil Hüseynov




11/06/14    Çap et