Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Misirdə bloqer 15 il müddətinə azadlıqdan məhrum edilib


“Reuters” agentliyinin yaydığı məlumata əsasən, Misir məhkəməsi məşhur bloqer Alaa Abdel Fəttahı 15 il müddətinə azadlıqdan məhrum edib. O, nümayiş keçirmək hüququnu məhdudlaşdıran yeni qanunun əleyhinə etiraz aksiyasının təşkilinə çağırışa görə ittiham olunub.

“ICTnews" elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, Alaa Abdel Fəttah Misirdə hökumətin fəaliyyətini tənqid edən ilk siyasi bloq işə salıb. O, həmçinin 2011-ci il inqilabında aktiv iştirak edib.

Emil Hüseynov




12/06/14    Çap et