Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Amazon” şirkəti “Prime Music” onlayn radiosunu istifadəyə verib


"Amazon" şirkəti "Prime Music" musiqi xidmətini işə salıb. "Prime" xidmətinin abunəçiləri ildə 99 dollar ödəməklə videoservis, "Kindle" kitabxanasına, həmçinin internet mağazada alış-verişlərin çatdırılması üzrə genişləndirilmiş xidmətlərə giriş əldə edə bilərlər.
 
"ICTnews" elektron xəbər xidməti "hitech.vesti.ru" saytına istinadən bildirir ki, istifadəçilər "Prime Music" xidmətində ödənişsiz qeydiyyatdan keçərək 30 gün müddətində pulsuz musiqi dinləyə bilərlər.
 
Emil Hüseynov
 




13/06/14    Çap et