Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google Maps” əlavəsi 1 milyard dəfədən çox yüklənib


"Google" şirkəti "Google Maps" kartoqrafik əlavəsinin 1 milyard dəfədən çox yüklənən ikinci əlavə olduğunu açıqlayıb. Bildirilir ki, söhbət yalnız əlavənin "Android" sistemli qurğular üçün nəzərdə tutulan versiyasından gedir və siyahıya "Windows Phone" və "iOS" əlavə edilsə, yükləmə sayı daha çox olar.

"Android Police" nəşri vurğulayır ki, bir milyard dəfə yüklənmə həddini ilk dəfə "Gmail" əlavəsi dəf edib.

Qeyd olunur ki, "Gmail" və "Google Maps" əlavələri "Android" əməliyyat sisteminin idarəetməsi ilə işləyən əksər smartfon və planşet kompüterlərdə əvvəlcədən quraşdırılır və internet nəhəngi hesablamalar aparan zaman bu quraşdırılmaları nəzərə almır, - "Cybersecurity www.cybersecurity.ru" yazır. 




14/06/14    Çap et