Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanda ilin sonuna kimi “IPv6” protokolunu dəstəkləyən internet resurslarının sayının 30-40 %-ə çatdırılması gözlənilir


Azərbaycanın ilkin provayderi “Delta Telecom” şirkəti bu ilin sonuna kimi “IPv6” protokolunu dəstəkləyən internet resursların həcmini 10 dəfə artırmağı planlaşdırır.
 
Şirkətin texniki direktoru Atəş Rzayevin “ICTnews” xəbər xidmətinə verdiyi məlumata əsasən, hazırda Azərbaycanda internet resurslarının cəmi 3-5%-i  bu protokolu dəstəkləyir.
 
“İyul ayının sonunda biz artıq “IPv6” protokolunun tətbiqi üzrə layihənin həyata keçirilməsinə başlamaq niyyətindəyik.  İlin sonuna qədər “IPv6” protokolunu dəstəkləyən internet resurslarının sayının 30-40 faizə çatdırılması təmin edilməlidir. Bununla yanaşı, internetin son istifadəçilərinin avadanlıqlarının bu protokolu dəstəkləməsi təmin edilməlidir”,- deyə o bildirib.
 
A.Rzayevin sözlərinə əsasən, hazırda dünyada internet resurslarının 80%-i hələ “IPv6” protokolunu dəstəkləmir.
 
“Bir neçə ölkəni çıxmaqla bu protokol dünyada çox geniş yayılmayıb, lakin artıq Avropa ölkələri , o cümlədən Fransa,  yeni protokola keçidlə bağlı layihələrin reallaşdırılmasına başlayırlar”,- deyə o qeyd edib.
 
Aynur Vəliyeva
 




18/06/14    Çap et