Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Təhsil Problemləri İnstitutunun Təhsil Texnologiyaları Mərkəzi növbəti təlim kurslarına başlayır


Təhsil Problemləri İnstitutunun Təhsil Texnologiyaları Mərkəzi növbəti təlim kurslarına başlayır. 1 iyul 2014-cü il tarixdən başlayacaq kurslar “Müəllimlərin peşəkar inkişafı” mövzusuna həsr olunub.
 
Mərkəzdən verilən məlumata görə, təlim kursunun (Əlaqə: Tel./faks: (99412) 490 29 34; (012) 490 29 32; ttm@tpi.edu.az, ünvan: AZ1025, Azərbaycan, Bakı, Afiyəddin Cəlilov küçəsi, 86) müddəti 2 ay nəzərdə tutulub və ödənişlidir.
 
Təlim kursunun proqramı “Kurikulum və qiymətləndirmə”, “Müasir pedaqogika”, “Məntiq və İKT”, “Kommunikativ bacarıqların inkişaf etdirilməsi” istiqamətləri üzrə planlaşdırılıb.
 
 
 
Həqiqət İSABALAYEVA




18/06/14    Çap et