Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Vikipediya” qaydaları kəskinləşdirir


“Vikipediya” ensiklopediyasını və onunla bağlı layihələri idarə edən “Wikimedia Foundation” qeyri-kommersiya təşkilatı ödənişli məzmun redaktəsi ilə bağlı yeni qaydalar təyin edəcək.
 
“ICTnews" elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, yeni qaydalara əsasən, bu və ya digər məzmunun redaktəsinə görə mükafatlandırılan şəxs öz profilində kommersiya strukturları ilə əlaqələri haqda məlumat yerləşdirməlidirlər.
 
Xatırladaq ki, 2014-cü ilin oktyabrında “Wikimedia” fondu PR-şirkətlərlə əlaqəli işləyən və kommersiya müştərilərinin sifarişi üzrə mətn yazan təxminən 250 ödənişli redaktor hesabını bloklayıb. Bu ilin yanvarında “Wikimedia” fondu bu və ya digər mətnlərdə düzəlişlər üçün rüşvət alan əməkdaşlarını işdən azad edib.
 
Hazırda “Vikipediya” ensiklopediyası internetdə daxilolmaların sayına görə altıncı saytdır.
 
Emil Hüseynov




18/06/14    Çap et