Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Vertu” da 14 min dollarlıq yeni smartfon


Britaniyanın bahalı "Vertu" smartfon markası bu ayın əvvəlində elan edilmiş "Signature Touch" smartfonunun çıxarılması haqda məlumat verib.

Bu smartfonun "Black Alligator" versiyasının qiyməti 14100 dollar təşkil edir. Şirkət rəsmiləri bildiriblər ki, yeni smartfonda kameranın hazırlanması ilə "Hasselblad" şirkəti məşğul olub.
 
"ICTnews" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, "Vertu" şirkətindən bildirilib ki, smartfonun alıcılarına "iPass"dan ödənişsiz limitsiz "Wi-Fi" çıxış əlçatan olacaq.
 
Emil Hüseynov
 




18/06/14    Çap et