Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“HTC” şirkəti 15 dəqiqə ərzində 50 min “One (E8)” smartfonu satıb


Çində “HTC” şirkəti 15 dəqiqə ərzində 50 min “One (E8)”  smartfonu satıb. “One (E8)” smartfonu “M8” qabaqcıl smartfonunun plastik korpusda versiyasıdır. Aparatın qiyməti təxminən 480 dollardır.
 
“ICTnews" elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, “One E8” smartfonu “One M8”-dən onunla fərqlənir ki, korpusu polikarbonatdan hazırlanıb, çəkisi 145 qr-dır (M8-də 160 qram təşkil edir), ölçüləri böyükdür. İkinci nəzərəçarpan detal 4 ultrapikselin əvəzinə 13 meqapiksellik fotomodulun quraşdırılmasıdır.
 
Emil Hüseynov




19/06/14    Çap et