Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Bütün dünya bir neçə dəqiqəlik “Facebook”suz qaldı


Azərbaycanın bəzi media saytlarının “Facebook”un işinin dayanmasının məhz yerli internet  seqmentində müşahidə olunan problemlərlə bağlı olması haqda məlumatları özünü doğrultmayıb.
 
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, “Facebook”a daxil olmaqla bağlı problem bütün dünyada müşahidə edilib. Belə ki, saat 12:08 – 14:00 arasında “Facebook” sosial şəbəkəsinə daxil olduqda istifadəçilər "Sorry, something went wrong" ("Bağışlayın, bir şeylər yanlış oldu") mesajı ilə rastlaşıblar. Azərbaycanda bu problem saat 12:50 radələrində müşahidə olunub.

Hələ ki, sosial şəbəkədə baş vermiş problemlərlə bağlı “Facebook”un rəsmi məlumatı yayılmayıb, lakin bəzi qeyri-rəsmi məlumatlara əsasən, bu problemlərin yaranmasında təqsirkar  “Twitter”di.

Qeyd edək ki, Azərbaycanda “Facebook” ən populyar sosial şəbəkədir və sosial media istifadəçilərinin  72,83%-i məhz bu şəbəkədən aktiv istifadə edirlər.
 
Aynur Vəliyeva




19/06/14    Çap et