Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Müasir dövrdə internet insan hüquqlarının tərkib hissəsi kimi dəyərləndirilir”


“Azərbaycanda internetin iki istiqaməti üzrə məqsədyönlü iş aparılmaqdadır”.
 
“ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, bu fikirləri Azərbaycan Mətbuat Şurasının sədr müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli söyləyib.
 
 Onun  sözlərinə görə, müasir dövrdə internet insan hüquqlarının tərkib hissəsi kimi dəyərləndirilir. Bununla yanaşı, internetin neqativ tərəflərinin də olduğunu önə çəkən M.Ələsgərli qeyd edib ki, həmin tərəflərə nəzər salarkən əsasən iki məqam üzərində dayanılır:
 
“Bunlardan birincisi, ifadə azadlığı, ikincisi isə internet təhlükəsizliyidir. Azərbaycanda hər iki istiqamət üzrə məqsədyönlü iş aparılmaqdadır. Məlum olduğu kimi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tərkibində Elektron Təhlükəsizlik Mərkəzi yaradılıb. Hesab edirəm ki, qurumun fəaliyyəti mövcud istiqamətdə konkret nəticələr əldə etməyə imkan verir”.
 
 
İnternet media resurslarında yayılmış informasiyanın cəmiyyətdə törətdiyi təhlükə üzərində də dayanan M.Ələsgərli bildirib ki, son illər bunun nəzərə alındığını və bir sıra hüquqi sənədlərə müvafiq düzəlişlərin edildiyini xatırladıb: “Bütün dünyada olduğu kimi, Azərbaycandan da internet azadlığından sui-istifadə hallarına rast gəlinir. Bu zaman kiminsə hüquqları pozulur, tərəflərin şərəf və ləyaqəti alçaldılır, cəmiyyətdə gözdən salınmasına cəhdlər edilir. Əlbəttə, bunlar yolverilməzdir. Hər bir şəxs internetdə yazdığı fikirlərin məsuliyyətini anlamalıdır. Verilən azadlıq başqa birisinin təhqir edilməsinə, təxribatlı əməllər törətməyə yönəlməməlidir”.
 
 
SEYMUR
 
 




20/06/14    Çap et