Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

"Azərpoçt" Azərbaycanın bütün ərazisində poçt göndərişlərinin izlənməsi sistemini işə salıb


Azərbaycanın poçt rabitəsi operatoru "Azərpoçt" MMC Azərbaycanın bütün ərazisində poçt göndərişlərinin hərəkətinin izlənilməsi sistemini işə salıb. Bu barədə "Azərpoçt"un baş direktorunun müavini Sübhan Kazımov məlumat verib.

Kazımovun sözlərinə görə, perspektivdə sistemə habelə Naxçıvan Muxtar Respublikasının da qoşulması planlaşdırılır, bununla əlaqədar "Azərpoçt"un mütəxəssisləri artıq dəfələrlə orada olublar.

Poçt göndərişlərinin izlənilməsi sistemi poçt şöbələrində bağlama göndərənə təqdim edilən unikal poçt identifikatorunun (13 simvoldan - 4 hərf və 9 rəqəm, məsələn, RR000123698AZ-dan ibarət ştrix kod) mənimsənilməsindən ibarətdir.

Bu, göndərişin hər bir mərhələsində vahid məlumat bazasından poçt identifikatoruna məlumat daxil etməyə və real vaxt rejimində poçt bağlamasını internet vasitəsilə son təyinat nöqtəsinədək izləməyə imkan verir. Sistem artıq "Azərpoçt" poçt rabitəsi operatorunun rəsmi internet resursuna birləşdirilib.




23/08/11    Çap et