Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Skype”ın köhnə versiyalarının işi dayandırılacaq


“Skype” telefoniya xidmətinin köhnə versiyalarının istifadəçiləri xidmətin şirkət tərəfindən dayandırılması təhlükəsi ilə əlaqədar proqramı yeniləməlidirlər. “Windows” istifadəçiləri üçün 2014-cü ilin yanvarı, “Mac” platformasında isə 2014-cü ilin fevralınadək buraxılmış versiyalardan söhbət gedir.
 
“ICTnews" elektron xəbər xidməti “cnews.ru” saytına istinadən bildirir ki, “Microsoft” korporasiyasının “Skype” bölməsi proqramın “Microsoft Windows” və “Apple OS X” üçün köhnə versiyalarının dəstəyindən imtina elan edib. Yaxın bir neçə ayda “Windows” sistemi üçün 6.13 və ondan aşağı versiyalar, “Mac” platforması üçün 6.14 və daha aşağı versiyaların sahibləri öz hesablarına daxil olmaq imkanından məhrum ediləcəklər. Bunun üçün yeni versiyanı quraşdırmaq lazımdır.
 
“Skype” proqramının “Windows” üçün 6.13 versiyası 2014-cü ilin yanvarında, “Mac” üçün 6.14 versiyası 2014-cü ilin fevralında buraxılıb.
 
Emil Hüseynov
 




23/06/14    Çap et