Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google” şirkəti “Google Fit” sağlamlığına nəzarət platformasını nümayiş etdirib


“Google” şirkəti “Android” qurğu istifadəçisinin fiziki aktivliyinin monitorinqi və sağlamlıq vəziyyəti üçün “Google Fit” platformasını nümayiş etdirib. Bu haqda iyunun 25-də keçirilmiş “Google I/O” konfransının açılışı zamanı şirkətin top-meneceri Elli Pauers deyib.

“ICTnews" elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, “Google Fit” platforması API vasitəsilə müxtəlif fitnes tətbiqlərin məlumatlarını, həmçinin qurğudakı sensorun göstəricilərini inteqrasiya edir.

Platforma yalnız smartfon və planşetlərlə deyil, həmçinin “Android Wear” daşınan qurğuları, hətta bəzi ev cihazları, məsələn, elektron tərəzi ilə işləyə bilir.

Emil Hüseynov
 




27/06/14    Çap et