Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google” anonim bloqqerlərin adlarını bildirməkdən imtina etdiyi üçün cərimələnib


Braziliya məhkəməsi “Google” şirkətini hakimiyyətə “Blogger” platformasındakı onlayn gündəliklərə malik olan 3 bloqqerin adını bildirməkdən imtina etdiyi üçün cərimələyib.

Varzea-Aleqri kiçik şəhərciyinin məhkəməsinin qəbul etdiyi qətnaməyə əsasən, “Google” şirkətinin Braziliya bölməsinin hesabından təxminən 141 min dollar çıxarılmalıdır. Şirkət 3,1 min dolları isə məhkəmənin əvvəlki qətnamələrinə tabe olmamağa görə ödəməlidir.




23/08/11    Çap et